İtkin düşən eşitmə və danışma qabiliyyəti olmayan qadın tapıldı

img

12-02-2020 [14:06]


Qusar rayonunda itkin düşən qadın tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, Qusar rayonu Əcəxur kənd sakini 55 yaşlı Atakişiyeva Solmaz Əzim qızı cari ilin fevral ayının 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Danışma və eşitmə qabiliyyəti olmayan yaşlı qadının evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər. 

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal rayon ərazisində axtarışlara başlanılıb.

Keçirilən axtarış tədbirləri nəticəsində itkin düşmüş hesab olunan Solmaz Atakişiyeva bu gün günorta saatlarında polis əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Qadının övladları analarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və soyuq qış ayında, qarlı və şaxtalı havada göstərdikləri əvəzolunmaz köməyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA