"Mən hazırda idmandayam" - Abel Məhərrəmov səhhəti haqda yayılan xəbərə belə reaksiya verdi

img

12-02-2020 [11:24]


“Mən hazırda səhər idmanı edirəm”.

Mia.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, universitetin Üzvi kimya kafedrasının müdiri Abel Məhərrəmov səhhətində ciddi problem yarandığı ilə bağlı məlumatlara aydınlıq gətirərkən bildirib.

A.Məhərrəmov yazılanların yalan olduğunu vurğulayıb: “Nəyi niyə yazırlar özləri bilərlər. Amma mən hazırda idmandayam və idmanı bitirib işə gedəcəyəm”.

Qeyd edək ki, bəzi KİV-lərdə verilən məlumata görə, A.Məhərrəmov ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA