Körpəni 13 min dollara satan ana və daha 6 nəfər saxlanıldı

img

12-02-2020 [11:00]


Gürcüstanda körpəni satmağa cəhd edən yeddi nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Saxlanılan şəxslərin arasında körpənin anası və iki həkim də var. Saxlanılanlardan biri bundan öncə eyni cinatəyə görə məhkum edilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər maddi gəlir əldə etmək məqsədilə körpəni satmaq və əldə olunan pulları aralarında bölmək niyyətində olublar.

Onlar körpəni 13 min dollara almaq istəyən şəxsi tapıblar. Cinayətin üstünü örtmək məqsədilə körpənin anası uşağı dünyaya gətirdiyi xəstəxanada başqa şəxsin soyadı altında qeydiyyata alınıb.

Körpənin satılmasından sonra cinayətkar şəbəkə fevralın 6-da ifşa olunub və uşaq müvafiq dövlət agentliyinə müvəqqəti nəzarət üçün təhvil verilib.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 14 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA