"Nar” abunəçiləri üçün xüsusi müsabiqə elan etdi

img

11-02-2020 [16:51]


Hər zaman abunəçilərini düşünərək maraqlı kampaniyalar keçirən “Nar”, 14 fevral –Sevgililər Günü münasibətilə növbəti müsabiqəsinə start verib.

Mia.az xəbər verir ki, mobil operator “Facebook” və “Instagram” hesablarında sosial şəbəkə iştifadəçilərinə sevgisini özünəməxsus şəkildə ifadə etməyə şərait yaradır.

Belə ki, “Nar” istifadəçilərinə “Sevgi daim öz istifadəçilərini sevindirməkdir” postunun şərh bölməsində sevgini mətn, şəkil və ya video formatında kreativ ifadə etmə imkanı verilir. Seçilmiş ən kreativ 2 nəfər 14 fevral tarixində sevdiyi şəxslə birlikdə şəhər restoranlarından birində şam yeməyindən zövq ala biləcəklər.

Qeyd edək ki, müsabiqə 13 fevral, saat 12:00-dək davam edəcək və iştirakçılar arasında ən maraqlı şərhlər “Nar” əməkdaşları tərəfindən seçiləcək. Qaliblər, seçilmiş istifadəçilər arasından təsadüfi seçim üsulu ilə müəyyən ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA