Hərbi Hava Qüvvələrinin yeni obyektləri istifadəyə verildi

img

11-02-2020 [14:28]


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, fevralın 11-də Müdafiə Nazirliyinin rəhbər heyəti HHQ-nin hərbi hissəsində yeni inşa edilmiş hərbi obyektlərin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidəki iki mərtəbəli qərargah binası, əsgər yataqxanası, sinif otaqları, anbarlar, sıra meydanı, nəzarət-buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərdə olaraq görülən işlərin keyfiyyəti ilə tanış olub.

Tikintisi davam edən digər obyektlərə də baxış keçirən Müdafiə naziri işlərin keyfiyyətli başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA