Daha bir icra başçısı vəzifədən gedir - Rəqibi isə haqqında sənəd yaydı + Sənəd

img

11-02-2020 [10:38]


Daha bir icra başçısı vəzifədən gedir.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, bu, 9 fevral 2020-ci parlament seçkilərində adı qalib namizədlər sırasında olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovdur.

Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatda A.Məmmədov 71,7 faiz səs çoxluğu ilə bütün rəqiblərini geridə qoyub.

Yaxın günlərdə ölkə Prezidenti tərəfindən A.Məmmədovun Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilməsilə bağlı sərəncam imzalayacağı gözlənilir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən A.Məmmədov 7 yanvar 2020-ci ildən məzuniyyətdə idi.

Hazırda onun səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edir.

Onu da qeyd edək ki, Aqil Məmmədovun əsas rəqibi Əziz Qənbərov seçkinin icra başçısının xeyrinə saxtalaşdırılması ilə bağlı sənəd paylaşıb. Məlum oldub ki, seçkidə iştirak edənlərin sayı qutudan çıxan bülletenlərin sayından az olub. Yəni qutuya topa bülletenlər atılması bu sənədlə təsdiqlənib.

Mia.az həmin sənədi də təqdim edir: 

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA