"Vacib olan odur ki, hər hansı xoşagəlməz hal olanda..." - MSK

img

10-02-2020 [16:04]


“101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik konkret fikir bildirmək çətindir”.

Bunu jurnalistərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bütün bu məsələlər araşdırılacaq: “Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq”.

Sədr müavini onu da qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib:

“Ancaq neqativ hallar olmadan minlyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil. Vacib olan odur ki, hər hansı xoşagəlməz hal olanda ona addektav cavab reaksiyası göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA