Vilayət Eyvazov polkovnikə yüksək vəzifə verdi - DİN-də daha bir dəyişiklik

img

10-02-2020 [13:34]


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Arzu Heydərov tutduğu vəzifədən azad olunaraq DİN-in Baş Cinayət Axtarış İdarəsinin (BCAİ) rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Vilayət Eyvazovun əmri ilə DİN BCAİ-nin rəis müavini, polis polkovniki Raul Usubov işdən azad olunaraq Qaradağ Rayon Mühafizə İdarəsinin rəisi təyin edilmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA