Mikayıl Cabbarov, Rövnəq Abdullayev, Cavid Qurbanov və Taleh Ziyadov Gürcüstanda - FOTO

img

10-02-2020 [11:35]


Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri başlayıb. 

Heyətə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov daxildir.

M.Cabbarov Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirlik əməkdaşları ilə birlikdə Tbilisidə Heydər Əliyev adına parkda Ümummilli Liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Azərbaycanlı nazir Gürcüstanın baş naziri Giorgi Qaxaria, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava ilə görüşəcək. Görüşlərdə Azərbaycan və Gürcüstan arasında ticari-iqtisadi əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunacaq. Nazirin qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri və azərbaycanlı iş adamları ilə görüşü də planlaşdırılıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA