101 saylı dairədəki namizədin vəfat edən vəkilinin oğlu: "Atam təzyiqlərə məruz qalmayıb" - VİDEO

img

10-02-2020 [11:16]


Göygöl rayonunda vəfat edən Sübhan Vəliyevin oğlu Samir Hacıyev KİV-ə müraciət edib.

101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevin övladı müraciətində atasının seçki dairəsində hansısa təzyiqlərə məruz qalmadığını deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Atam hansısa seçki dairələrində təzyiqə məruz qalmayıb. O, bir neçə uzun müddət ürək xəstəliyindən əziyyət çəkib, xəstəliyi ilə əlaqədar koronaroqrafiya (anju) əməliyyatı olunub. Ötən gün də xəstəliyi ilə əlaqədar infarkt keçirərək vəfat edib. Xahiş edirəm ki, bunu siyasi oyunlara çevirməyin”. 

 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA