Koronavirus təhlükəsi: 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var

img

10-02-2020 [10:36]


Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

Mia.az xəbər verir ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var. 

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bildirilib ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar: "Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA