Qarlı hava şəraiti nə vaxta qədər davam edəcək? - Açıqlama

img

09-02-2020 [19:51]


Fevralın 9-u axşam qarlı hava şəraiti davam edəcək, 10-da proses tədricən səngiyəcək.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, şimal-qərb küləyi 9-da 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.

Fevralın 10-da küləyin sürəti axşama doğru 15-18 m/s,arabir 20-23 m/s olacaq. Havanın temperaturu 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Şəhərətrafı yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyinin sürəti 10-15 m/s, arabir 18-23 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA