"Onlar haqqında ciddi ölçü götürüləcək" - Məzahir Pənahovdan xəbərdarlıq

img

09-02-2020 [16:01]


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirib.

MSK sədri bildirib ki, sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq.

O qeyd edib ki, bu dəfə paylaşılan məlumatlara bağlı əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək:

“Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib. Kaş ki, bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa qanunvericiliyə uyğun addımlar atılacaq. Bu prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi görünür ki, qeyri-ciddi insanlardır, dəyişdirilməlidir, bu prosesdə onlar iştirak etməməlidir. Onlar haqqında ciddi ölçü götürüləcək”/Report

Qeyd edək ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən YAP bu dəfə də haqqında xoş olmayan fikirlər, rylər olan deputat İmamverdi İsmayılovun namizədliyini verib. Onun rəqibləri arasında VHP-çı Anar Əsədli, Demokratik Azərbaycan dünyası Partiyasının sədri Əlisahib Hüseynov, “Real” TV-nin əməkdaşı, tanınmış telejurnalist Afət Telmanqızı və digər ciddi namizədlər var.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA