İçərişəhərdəki partlayışda xəsarət alanların adları - SİYAHI

img

08-02-2020 [14:27]


Ötən gün İçərişəhərdə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında saat 17:10 radələrində baş vermiş partlayış nəticəsində xəsarət alanların adları bəlli olub.

Onlar - Vaqif İsmayılov və ailə üzvləri - 2005-ci il təvəllüdlü R.İsmayılov, 2002-ci il təvəllüdlü F.Məmmədov, 1970-ci il təvəllüdlü Səidə Alik qızı Ağayevadır.

Xəsarət alanlar yanıq xəsarətləri ilə 5 saylı xəstəxanaya yerləşdiriliblər və onların vəziyyətləri qənaətbəxşdir.

Partlayışda xəsarət alan digərləri - 1972-ci il təvəllüdlü Ceyhun Vaqif oğlu İsmayılova, 1982-ci il təvəllüdlü Gövhər Vaqif qızı İsmayılovaya və 1947-ci il təvəllüdlü Hökümə Ağamalı qızı İsmayılovaya isə hadisə yerində ötən gün tibbi yardım göstərilmişdi.

Qeyd edək ki, İ.Əfəndiyev küçəsi 10-da yaşayan 1942-ci il təvəllüdlü Vaqif İsmayıl oğlu İsmayılova məxsus, sahəsi 112 kv.metr olan ikimərtəbəli evdə qaz sızması səbəbindən partlayış baş verib. /Oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA