Yağış, qar... - İstirahət günlərində gözlənilən hava proqnozu açıqlandı

img

07-02-2020 [16:38]


İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Mia.az ETSN-ə istinadla bildirir ki, Böyük və Kiçik Qafqazda arabir qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Lənkəran-Astara bölgəsində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq, şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında arabir yağış yağacağı, yağan yağışın fevralın 9-da sulu qara, qara keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7dərəcə isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Paytaxtda isə fevralın 8-də gözlənilən yağıntı fevralın 9-da sulu qara, qara keçəcək. Mülayim şimal-qərb küləyi fevralın 8-i axşam və 9-da güclü olacaq. Havanın temperaturu fevralın 8-də gecə 4-7, gündüz 8-11, fevralın 9-da gecə və gündüz 1-3 dərəcə isti təşkil edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA