3 qat dünya, 4 qat avropa çempionu olan xanm namizəddən Prezidentə şikayət: "İcra Hakimiyyəti seçiciləri hədələyir" - VİDEO

img

07-02-2020 [19:24]


"Mən paralimpiyaçı taekvondo üzrə üç qat dünya, 4 qat avropa çempionu, əməkdar idman ustası, tərəqqi medalının sahibi, əlillyi olan uşaq və gənclərin idmana inteqrasiyası ictimai birliyinin sədri Aynur Məmmədova Ucar rayonunun Təzə Şilyan kəndində anadan olmuşam".

Mia.az xəbər verir ki, bu sözlər 91 saylı Ucar Seçki Dairəsiindən deputatlığa namizəd Aynur Məmmədovanın Prezident İlham Əliyevə yazdığı şikayət məktubunda yer alıb.

O bildirib ki, Prezidentin islahatlara çağrışından ruhlanaraq, 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyni verib:

"Bundan sonra təbliğatımı aparmaq üçün Ucarın kənd və şəhərində küçə-küçə, ev-ev gəzib, seçicilərlə görüşdüm. İnsanların məni dəstəkləməsindən təşvişə düşən rayon rəhbərliyi saxtakarlığa start verdilər.

Ucarda heç kəsin tanımadığı Ramil Həsənin (YAP-ın işsiz namizədi - Mia.az) görüşlərinə idarə və təşkilatlarda işləyən işçiləri zorla gətirib zalllara doldurub, şəkil çəkdirib paylaşmaqla süni görüntülər yaradılır. Hətta seçkinin nəticəsi bilinmədən Ramil Həsəni deputat kimi təbrik edirlər.

Orta məktəb müəllimlərini, idarə və müəssisələrdə çalışan insanları Ramil Həsənə səs verməyə məcbur edirlər, əks halda işdən qovulacaqları ilə hədələyirlər. Həttda həyasızlıq edərək, ötən il orta məktəbi bitirən, hazırda 18 yaşı tamam olmuş şəxsləri keçmiş müəllimləri vasitəsi ilə Ramil Həsənliyə səs verməyə təhrik edirlər.

Cənab Prezident, Siz əmin edirəm ki, İcra hakimiyyətinin tabeçiliyində olan bütün vəzifəli şəxslər ev-ev düşüb, rayon sakinlərini Ramil Həsənə səs verməyə təhrik edirlər.

Salah Salahov adına Qazıqumlaq kənd tam orta məktəbin direktoru Rəhm Rəhimov və həmin kəndin icra nümayəndəsi Mehman Məmmədov kənd sakinlərinə deyiblər ki, namizəd Aynur Məmmədovanın bir əli yoxdur, o, sizə necə kömək edə bilər, ondan millət vəkili ola bilməz. Bu söz bütün əlillərə qarşı təhqirdir.

Hörmətli Prezident, siz çıxşlarınızda  vurğulamısınız ki, əlilliyi olan insanlarla, sağlam insanlara heç bir fərq qoyulmamalıdır. Fakt budur ki, Ucar rayon sakinləri Ramil Həsənə səs vermək istəmirlər.

Sizdən xahiş edirəm, seçki saxtarkarlığı ilə məşğul olan vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görəsiniz".

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA