Masallıda avtomobil piyadanı vurub öldürdü

img

07-02-2020 [11:43]


Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 6-da, saat 18 radələrində Masallı rayonunun Səmidxan kəndi ərazisində Lənkəran şəhər sakini C.Tağıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Qodman kənd sakini Təhmasib Həşimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA