Təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Seçki ilə bağlı

img

07-02-2020 [10:49]


Azərbaycanda fevralın 9-da keçirilməsi nəzərdə tutulan parlament seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Mia.az-a bildirilib ki, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək: Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. "Hər bir çağırışa çevik cavab veriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA