Koronavirusa qarşı yeni dərmanın klinik sınaqları keçirilir

img

06-02-2020 [13:23]


2019-nCoV koronavirusun ilk dəfə müşahidə olunduğu Çinin Vuhan şəhərində ABŞ-ın “Gilead Sciences” şirkəti tərəfindən təqdim edilən remdesivir adlı yeni dərmanın sınaqları ötən gün başlayıb.

“Report” “Geneng”ə istinadən xəbər verir ki, Çin Milli Tibbi Məhsullar Administrasiyası Çin – Yaponiya Dostluğu Hospitalı və Çin Tibbi Elmlər Akademiyası tərəfindən əlaqələndiriləcək sınaqların keçirilməsini təsdiqləyib.

Dərmanın “in vitro”, yəni bədəndən kənar tədqiqatları zamanı yeni koronavirusun inkişafını əngəlləyən səmərəli vasitə olduğunun üzə çıxdığı bildirilir.

“Xinhua” xəbər verir ki, Dostluq Hospitalı dərmanla bağlı araşdırmaların 3-cü mərhələsi çərçivəsində Vuhanın Jinyintan hospitalında 761 xəstə üzərində sınaq aparmağı nəzərdə tutur. Bunlardan 308 nəfər xəstəliyə zəif və orta səviyyədə, 453 nəfər isə ağır səviyyədə yoluxub.

Çin Milli Səhiyyə Komissiyasına görə ötən çərşənbə axşamına olan məlumata əsasən, koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 24 324 olub, 490 xəstə ölüb, 892 xəstə isə müalicə olunaraq sağalıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA