Canavarlar Zaqatalanın Çökəkoba kəndinə hücum edib

img

06-02-2020 [10:14]


Canavarlar Zaqatalanın Çökəkoba kəndinə hücum edib.

Mia.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında kənd sakini Yaqub Kəmlayevin yaşadığı evin həyətyanı sahəsinə soxulan canavar mal tövləsinə girərək 8 baş xirdabuynuzlu heyvanı öldürüb, daha iki başa isə xəsarət yetirib. 

Hadisə ilə bağlı ərazinin baytarlıq məntəqəsindən bildirilib ki, canavarın öldürdüyü heyvanlar baytarlıq təlimatına uyğun basdırılıb. Y. Kəmlayevin təssərrüfatı və heyvanların basdırıldığı ərazi dizinfeksiya edilib. 

Qeyd edək ki, son aylar rayonda yırtıcı və quduz heyvanlar yaşayış məntəqələrinə soxularaq şəxsi təssərüfatlara ziyan verir. Son iki ayda rayon ərazisində quduzlaşmış yırtıcıların çöl sahələrində iri və xırdabuynuzlu heyvanlara xəsarət yetirməsi səbəbindən 10 başdan yuxarı heyvan ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA