"Sabiq nazir komadadır" - Adil Qeybulladan İsgəndər Həmidovla bağlı açıqlama

img

05-02-2020 [14:50]


"İsgəndər Həmidovun durumu kirtikdir. Bu vəziyyətdə onun müalicə və ya əməliyyat üçün xaricə aparılması qeyri-mümkündür".

Mia.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla 24 yanvar tarixində komaya düşən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun durumu ilə bağlı danışarkən deyib.

A.Qeybulla bildirib ki, İsgəndər Həmidovun durumunda heç bir yaxşılaşma yoxdur, əksinə, durumu daha da pisləşib: “Hələ də komadadır. Vəziyyətində heç bir irəliləyiş yoxdur. İsgəndər Həmidov Türkiyədə bir dəfə əməliyyat olunub. Ora aparılması üçün Türkiyədəki həkimlərlə məsləhətləşmələr aparılıb. Ancaq bu vəziyyətdə ora göndərilməsi qeyri-mümkündür”.

Bir qədər əvvəl İsgəndər Həmidov müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanadan "Citiy Hospital"-a köçürülüb.

Xatırldaq ki, 24 yanvar tarixində təxminən saat 17.00 radələrində bayır gəzintisi zamanı İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. O, Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib, komadadır və süni tənəffüs aparatına qoşulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA