Evlərin damı uçdu, işıqlar kəsildi... - Güclü külək Şamaxı rayonunda bir sıra fəsadlar törədib + FOTO

img

05-02-2020 [14:25]


Güclü külək Şamaxı rayonunda bir sıra fəsadlar törədib.

Məlumata görə, bir binanın və bir neçə fərdi yaşayış evinin dam örtüyü yararsız vəziyyətə düşüb. 

Beşmərtəbəli binanın dam örtüyü uçaraq avtomobilin üzərinə düşüb. Nəticədə avtomobilə ziyan dəyib. Telefon xətləri qırılıb, ətraf ərazilərə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub, fəsadlar aradan qaldırılıb, təhülükəsizlik tədbirləri görülüb. 

Hazırda güclü küləyin rayona vurduğu ziyanın məbləği dəqiqləşdirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA