"İNAM KƏRİMOVUN QƏBULUNDA ÖZÜMÜ ÖLDÜRƏCƏM" - Sahibkarın başına KTN-də hansı oyunlar açılıb? + VİDEO
 

img

05-02-2020 [14:03]


Göyçay  rayonu Bığır kənd sakini sahibkar Mayılov Çingiz Sabir oğlu tərəfindən Mia.az-a şikayət məktubu daxil olub.

Mia.az xəbər verir ki, Çingiz Mayılov Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli əməkdaşının onu intihar həddinə çatdırdığını deyir:

"Mən, cənab prezidentin çıxışından sonra həvəslənib, qonşu Gürcüstandan "Georgi LTD" şirkətindən qanunu qaydada orqanik üzvü gübrə gətirdim.Hansı ki, həmin təbii orqanik üzvü gübrənin Azərbaycana gətirilməsinə zərurət var idi.

KTN-nin "Aqrolizinq"inin baş idarəsinin göstərişi ilə həmin uğurla sınaqdan çıxmış manatlıq gübrəni nisiyə "Aqrolizinq"in rayonlardakı şöbələrinə verdim. Deyilən vaxt gəldikdə, pulumu vermək istəmədilər, məni get-gələ saldılar.

Buna görə  Ağdaş rayonunda Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun qəbulunda oldum.O, mənim pulumun verilməsi üçün "Aqrolizinq"in baş idarəsinin rəhbərinə orada tapşırıq verdi. Ancaq cənab nazirin tapşırığına əməl olunmadı".

Şikayətçi sahibkarın sözlərinə görə, bundan sonra  Ağdaş rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun qəbulunda təkrar olub:

ÇİNGİZ MAYILOV

"Cənab Nazirin tapşırığından sonra 45000 manat pulum veriləsə də, 75000 manat pulumu qanunsuz olaraq vermədilər. Bütün bu qanunsuzluğu mənim başıma gətirən Kənd Təsərüatı Nazirliyinin maliyyə şöbəsinin müdiri Mikayıl Nuriyevdir.

Bu adam məni artıq həyatımdan bezdirib, buna görə məcbur olub, 28 fevral 2020-ci il tarixdə Ucar rayonunda Kənd Təsərrüfatı Naziri İnam Kərimovun qəbuluna yenə gedib, orada intihar edəcəyəm.

Kənd Təsərüatı Nazirliyinin maliyyə şöbəsinin müdiri Mikayıl Nuriyev öz qanunsuz əməlləri ilə məni intihar həddinə çatdırıb. Qeyd edim ki, Kənd Təsərrüfatı Naziri İnam Kərimov 28 fevral 2020-ci il tarixdə Ucar rayonunda vətəndaşların qəbulunu keçirəcək. Mən və ailəm həyat yoldaşım və övladlarım Yeni Azərbaycan Partiyasının üzvüləriyik.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova müraciət ünvanlayıb, xahiş edirəm, mənim 75000 manat pulumun Mikayıl Nuriyevdən alınaraq özümə verilməsinə köməklik göstərəsiniz.Əgər mən 28 fevral 2020-ci il tarixdə Ucar rayonunda nazirin qəbulu zamanı intihar edib ölərəmsə, bunun məsuliyyəti bir başa Kənd Təsərüatı Nazirliyinin maliyyə şöbəsinin müdiri Mikayıl Nuriyevin üzərinə düşəcək".

Məsələyə KTN-nin də münasibətini dərc etməyə hazırıq.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA