YAP-ın namizədi Afət Həsənova gözdən əlili evində ziyarət etdi - FOTO

img

05-02-2020 [11:59]


32 saylı Suraxanı Üçüncü seçki dairəsindən YAP-ın deputatlığa namizədi Afət Həsənova birinci qrup gözdən əlilin evinə gedib.

Mia.az xəbər verir ki, A.Həsənova seçicisi olan iki gözü görməyən və yerimə əngəlli Maya İbrahimovanın Əmircan qəsəbəsində yaşadığı mənzilə gedərək, onunla görüşüb. Xanım namizəd görüşdə dövlətimizin daim şəhid ailələrinə, əlillərə, sosial qayğıya ehtiyacı olan insanlara daim diqqət göstərdiyini deyib.

Afət Həsənova 85 yaşlı seçicisinin səhhəti ilə maraqlanıb, ona şəfa diləyib və bildirib ki, deputat seçilicəyi təqdirdə vətəndaşların sosial problemlərini həll etmək üçün mühüm addımlar atacaq.

Qeyd edək ki, A.Həsənovanın görüşdüyü ağbirçək tanınmış jurnalist Famil Fərhadoğlunun nənəsidir.

YAP-ın namizədi Afət Həsənova gözdən əlili evində ziyarət etdi

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA