Nəsiminin icra başçısı ay ərzində 6 səyyar qəbul keçirib, 1000-ə yaxın sakinin müraciətləri ilə bağlı araşdırma aparılıb - FOTOLAR

img

04-02-2020 [19:30]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir. Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.

Bu barədə İH-dən Mia.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar ayı ərzində RİH başçısı Asif Əsgərov tərəfindən 6 səyyar qəbul və görüş keçirilib,1000-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 39 müraciət dinlənilb.

Qaldırılan  məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb. Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və liftlərin təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi və s. məsələlərlə bağlı olmuşdur.

Görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilərək, sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA