ÜST: "Koronavirus güclü epidemiya deyil"

img

04-02-2020 [16:50]


Koronavirusun pandemik xəstəlik olmadığı açıqlanıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının İnfeksion xəstəliklərə qlobal hazırlıq üzrə direktoru Silvi Brian bildirib.

“Hazırda pandemiyadan söhbət gedə bilməz. Bu, çoxsaylı mənbəsi olan epidemiyadır. Hazırda koronavirus xəstəliyi Çinin xaricində 23 ölkədə qeydə alınıb”, - o deyib.

Qeyd edək ki, pandemiya dünya miqyasında yayılmış güclü epidemiyaya deyilir. 2009-cu ildə ÜST H1N1 virusunu (“donuz qripi”) pandemiya olaraq elan etmişdi.

Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin şərq hissəsindəki Uhanda naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib. Son məlumata görə, xəstəlikdən ölənlərin sayı 425-ə çatıb, yoluxanların sayı isə 21 mini ötüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA