Sartiçala kəndinin mərkəzində etiraz aksiyası keçirilib

img

04-02-2020 [15:19]


Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Sartiçala kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

APA-nın yerli bürosu xəbər verir ki, kənd sakinləri uzun illərdir kənddə içməli su probleminin mövcud olmasına etiraz ediblər. Onların sözlərinə görə, hazırda içməli su kimi istifadə edilən su texniki sudur. Bildiriblər ki,  artıq iki həftədir kəndə su təchizatı tamam dayanıb.

Etirazçılar aksiyasının xəbərdarlıq mahiyyəti daşıdığını, problem həll edilməsə, daha genişmiqyaslı aksiyanın keçiriləcəyini qeyd ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA