Rəislərlə bağlı qərar verildi - “Azərişıq”da yeni təyinatlar

img

04-02-2020 [12:28]


“Azərişıq” ASC-nin bir sıra region rəislərinin yerləri dəyişdirilib.

Məlumata görə, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Ülvi Həsənov tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) rəis təyin edilib.

Məlumata görə, Yasamal RETSİ-nin rəisi Abbas Quliyev vəzifəsindən azad edilərək Səbail RETSİ-nə, Səbail RETSİ-nin rəisi Məhəmmədəli Məmmədov Nizami RETSİ-nə, Nizami RETSİ-nin rəisi Ələsgər Bədəlov Sabunçu rayon ETSİ-yə, Sabunçu RETSİ-nin rəisi Paşa Əliyev Biləcəri ETSİ-nə rəis gətirilib.

"Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edilən təyinatları "Report"a təsdiq edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA