"Məni çağırdı ki, namizədliyimi geri götürüm..." - Rəqibi Hadı Rəcəblidən şok fakt açıqladı, onu məhkəmə ilə hədələdi + FOTO

img

04-02-2020 [10:53]


"Haqqımda Azərbaycan Xəbərləri Birliyi saytında çıxan məqaləyə cavab olaraq deyirəm: burada qeyri-adi bir şey yoxdur, Mən Hadı Rəcəblinin düşməni yox, rəqibiyəm və bu, normaldı. O ki qaldı yazılara, bəli, əvvəllər ona simpatiyam var idi, ona inanırdım, onu söyüb təhqir edənlərə də irad tuturdum. Ki, onu söyməsinlər.Amma atamla yaxın olduğunu göstərən Hadı Rəcəbli onun yasına belə gəlmədi. Yenə də onun üzünə bunu vurmadım".

Mia.az xəbər verir ki, bu sözləri 74 saylı dairədə Hadı Rəcəbli ilə rəqib olan namizəd Aqşin Əliyev (Mistanlı) sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, Hadı rəcəbli haqqında yazıları verməklə özünü bir daha gözdən salıb: 

"Hadı Rəcəblinin əgər yazılarına qalsa, onda o da keçmişdə kommunist olub və Azərbaycan xalqına qarşı olub və indi bu yazıları üzə çıxarmaq nə dərəcədə doğrudur?

Bəli, mən Hadı Rəcəblidən tez namizədliyimi vermişəm, lakin o, sonra məni yanına çağırdı ki, namizədliyimi geri götürüm, amma mən götürmədim. Mən ona deyəndə ki, axı xalq mənə imza verib. O da cavabında...(burada deputatın etik olmayan ifadə işlətdiyi iddia olunur=- Mia.az).

Odur ki, mən də tüpürüb çıxdım.Mənim yazılarımı məndən icazəsiz yayan Hadı Rəcəbli ilə Azərbaycan Xəbərlər Birliyi saytını da məhkəməyə verəcəm".

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA