Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə öldü - Burada nə baş verir?

img

03-02-2020 [15:59]


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha iki ölüm faktı qeydə alınıb.

Mia.az bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, 1977-ci il təvəllüdlü Şəki rayon sakini ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində yavarın 30-da saat 21.45 daxil olub. 

Xəstə fevralın 3-də saat 07.30-da ölüb.

1983-cü il təvəllüdlü Quba sakini isə yanvarın 17-də ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı, böyrək transplantasiyasından sonrakı vəziyyətlə Reanimasiya şöbəsinə daxil olub.

Xəstə fevralın 2-də saat 05:10-da ağciyər–ürək çatışmazlığından ölüb.

Qeyd edək ki, ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı vəfat edib.

Yanvarın 14-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad, daha sonra adı açıqlamayan 1951-ci il təvəllüdlü bir xanım da orada ölüb. Bundan başqa, yanvarın 14-də 1957-ci il təvəllüdlü xəstə, yanvarın 29-da 1941-ci il təvəllüdlü daha bir şəxs həyatını itirib. Fevralın 1-də isə xəstəxanada 1977-ci il təvəllüdlü Bakı şəhər sakininin ölüm faktı qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA