Milli Məclisin şöbə müdiri seçkiyə görə işdən çıxarılıb

img

03-02-2020 [13:32]


Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov işdən çıxıb.

Məlumata görə, 102 saylı Samux-Şəmkir seçki dairəsindən Yeni Azərbaycan Partiyasından namizədliyini irəli sürmüş N.Səfərov qanunvericiliyin tələblərinə uyğun olaraq, parlamentdəki işindən ayrılıb və məzuniyyətə çıxıb.

Hazırda onun vəzifəsini Səyyad Kərimov icra edir.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA