Keçmiş sektor müdiri Oqtay Əsədovdan Prezidentə şikayət yazdı: "Təzyiqlərdən bezdim və..." - Saxta əmr  qalmaqalı + SƏNƏD

img

02-02-2020 [11:27]


Milli Məclisin Beynəlxalq Münasibətlər Şöbəsinin sektor müdiri Rahim Axundov Prezident İlham Əliyevə  spiker Oqtay Əsədov tərəfindən qanunsuz işdən çıxarılması ilə bağlı şikayət yazıb.

Mia.az xəbər verir ki, o, şikayətində işdən azad olunduğu tarixdə Oqtay Əsədovun İranda səfərdə olduğunu xatırladıb.

Bildirib ki, spiker səfərdə ola-ola onun haqqında əmr verməklə, qanunu pozublar: 

"Hörmətli cənab Prezident!

2018-ci ilin dekbarın 25-də Milli Məclisin Sədri cənab Oqtay Əsədov İranda rəsmi səfərdə olarkən, həmin gün saat 13:17-də İranın Prezidenti cənab Həsən Ruhani ilə görüşdə olub. Uzun müddət mənə edilmiş təzyiqlərdən və təhdidlərdən sonra bezərək, 25 dekabr saat 14:00 radələrində mən Milli Məclisdə işdən çıxmaq barədə 25 dekabr tarixli ərizəmi Milli Məclis Aparatına təqdim etmişəm.

Necə ola bilər ki, cənab Oqtay Əsədov İranda ola-ola onun adından işdən azad olunmağım barədə sərəncam imzalanır? Bu qədər qanunsuzluqmu olar?

Bu sərəncam saxtadır, dərhal ləğv olunmalı və işimə bərpa olunmalıyam. Xahiş edirəm, kömək edin".

Keçmiş sektor ümdiri daha sonra Oqtay əsədova xitabən yazıb ki, "necə olur ki, xaricdə olduğunuz zaman Milli Məclisin Kadrlar şöbəsi Sizin adınızdan istifadə edərək tutduğum vəzifədən azad olunmağım barədə qeyri-qanuni sərəncam verir?Bu qədər qanunsuzluqmu olar? Necə ola bilər ki, sizin bundan xəbəriniz yoxdur?".

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA