Keçmiş deputat seçicilərə görüşdən dönərkən ağır qəzaya düşdü - FOTOLAR

img

01-02-2020 [14:27]


104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd, sabiq deputat Nazim Bəydəmirli seçicilərlə görüşdən dönərkən ağır qəzaya uğrayıb.

Mia.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb:

"İsalı kəndindən görüşdən qayıdarkən, Fərzalı kəndində yüngül qəza keçirdik, bu səbəbdən Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq. Deyəsən, xalqımız demiş "göz dəydi".

Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq. Biz fəaliyyətimizlə qələbəni çoxdan təmin etmişik, rəsmiləşdirmək isə dövlətin işidir. İstəsə rəsmiləşdirəcək, istəməsə yox, bu, sadə həqiqəti isə hamı bilir...".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA