Azercell-in “Mobil Göz Klinikası”nda 900-dən çox adam müayinə edilib

img

31-01-2020 [18:40]


Müasir texnologiyalar və effektiv həllərin tətbiqi vasitəsilə insan həyatını asanlaşdırmağı hədəf seçən Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC bu istiqamətdə öz fəaliyyətini davam etdirir. 

Şirkətdən Mia.az-a verilən məlumata görə, Azercell-in dəstəyi ilə valideyn himayəsindən məhrum uşaqlar üçün müayinə və profilaktikanın aparılmasını təmin edən “Mobil Göz Klinikası” ən müasir avadanlıqla təchiz olunub. Klinikanın xidmətlərindən, eyni zamanda, ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır.

2019-cu il ərzində müayinədən keçənlərin 759-u uşaq və 142-si böyüklər olmaqla, cəmi 901 nəfər olub.

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində “Mobil Göz Klinkası” minlərlə insana xidmət göstərib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA