"Görün, insanları nədən məhrum ediblər?!" - Ləman Ələşrəfqızı Qəbələdə seçiciləri ilə bir arada + FOTOLAR

img

31-01-2020 [12:26]


117 saylı Oğuz - Qəbələ seçki dairəsindən deputalığa namizəd, "Real" TV-nin əməkdaşı Ləman Ələşrəfqızının seçicilərlə görüşləri davam edir.

Mia.az xəbər verir ki, o, dünən Qəbələdə seçicilərlə növbəti görüşünü keçirib: "Qəbələnin gözəl Qəmərvan kəndi. İnsanları da gözəl, mənzərəsi də. Mən bu görüşlərdə bilirsiz xüsusilə nəyi müşahidə edirəm? İnsanlar deputatı problemləri üçün axtarmırlar. Deyirlər ki, heç olmasa ildə bir dəfə gəlin seçicimizlə görüşün! Görün, insanları nədən məhrum ediblər?!".

Ləman xanım kənddə şəhid ailələri ilə də görüşüb: "Qəbələnin Qəmərvan kəndi Qarabağ müharibəsində 10-dan yuxarı şəhid verib.O şəhidlərdən birinin atası İkram kişi mənim solumda dayanıb. Dağ adamlarında qürur, saflıq olur. Bunu Qəmərvanda olduğum yarım saatda hiss etdim. Şəhidlərin məkanı cənnətdir, əziz Qəmərvanlılar. Bir cənnətdən o birinə köç edən oğullar həmişə yaşayacaqlar".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA