Azərbaycanlı magistrə Çindən məktub gəlib: "Bura dönsəniz, cərimələnəcəksiz"

img

29-01-2020 [15:26]


Çinin ali məktəbləri bu ölkədə təhsil alan xarici tələbələrin geri qayıtmasını qeyri-müəyyən müddətə təxirə salıb.  

Bu barədə “Report”a ÇXR-in Hefey şəhərində yerləşən universitetdə ( University of Science and Technology of China ) magistr üzrə təhsil alan Ülkər Eldarqızı məlumat verib.

Xalq Respublikası yaz semestrindən əvvəl ölkələrinə dönən tələbələrinə rəsmi məktubla müraciət edib.

Azərbaycanlı magistr bildirib ki, təhsil aldığı universitet ona iki rəsmi məktub göndərib. Məktublar yaz semestrinin qeyri-müəyyən vaxta təxirə salındığı və Çinə gəlməməklə bağlı olub:

“Artıq ikinci məktubu da göndərdilər. Hər gün bizimlə əlaqə saxlayırlar. Bildirirlər ki, virusla bağlı yaz semestrinin nə vaxt başlayacağı məlum deyil. Yəni onlar deyənə kimi Çinə dönməməliyik”.

Tələbələrə göndərilən məktubda qeyd edilib ki, müəllimlərdən və ya tələbələrdən kimsə vaxtından əvvəl dönərsə, cərimə olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA