Sabiq prezidentin oğluna vəzifə verildi

img

29-01-2020 [13:50]


Gürcüstanın Almaniyadakı səfirliyinə yeni diplomatik elçi təyin edilib.

Bu vəzifəyə Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın böyük oğlu Konstantin Qamsaxurdiya təyinat alıb.

Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, bu barədə qərar ötən ilin noyabrında qəbul olunub.

XİN-dən qeyd olunub ki, K.Qamsaxurdiyanın Cenevrədə beynəlxalq təşkilatlarda iş təcrübəsi, Almaniya ilə əlaqələri var və buna görə də o, diplomatik elçi vəzifəsinə seçilib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA