Çindən təxliyə edilən 600 nəfər adaya yerləşdiriləcək

img

29-01-2020 [11:34]


Bir sıra ölkələr koronavirusun ölüm saçdığı Çinin Uhan şəhərində yaşayan və ya təhsil alan vətəndaşlarını təxliyə etməyə başlayıb. 

"BBC.com" bildirir ki, Avstraliya Çindən təxliyə edilən 600 nəfərin Milad adasında karantinə alınacağını açıqlayıb.

Belə ki, həmin vətəndaşlar 2 həftə müddətində materikdən 2000 kilometr uzaqda yerləşən adada saxlanılacaqlar. 

Yaponiya və ABŞ da öz vətəndaşlarını vətənə qaytarır. Bu ölkələrin də oxşar addım atacağı bildirilir. 

Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı artıq 132 nəfərə çatıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR