"Tələbələr  mənzillərdən, yataqxanalardan çıxa bilmirlər" - Səfir Çindəki azərbaycanlılardan danışdı

img

28-01-2020 [14:44]


“Hazırda diqqət mərkəzində əsasən koronavirusun yayılmağa başladığı Vuhan şəhərindəki azərbaycanlı tələbələrdir”.

Bunu Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı AzTV-nin birbaşa yayınında bildirib.

“Onlarla mütəmadi əlaqə saxlayır, vəziyyətləri ilə maraqlanırıq. Vuhandakı tələbələr qaldıqları mənzillərdən, yataqxanalardan çıxa bilmədikləri üçün daha çətin vəziyyətdədirlər. Yataqxanada qalanlar yeməkxanaya gedib çörək yeyə bilirlər, mənzil tutanlar isə özləri ərzaq tədarükü görüblər”, - səfir deyib.

O, Vuhan şəhərində rəsmi olaraq karantin elan edildiyini bildirib.

“Çin hökuməti hazırda bu karantin bölgəsindən vətəndaşların çaxarılmasını ilkin mərhələdə təhlükəli hesab edir, amma buna baxmayaraq, Azərbaycan vətəndaşlarını oradan çıxartmaq haqqında ciddi düşünürük və danışıqlar aparırıq. Azərbaycan hökuməti oradakı tələbələrimizin vəziyyətinə çox ciddi yanaşır. Ümid edirik ki, yaxın zamanda müsbət nəticə əldə edəcəyik”, - diplomat fikrini tamamlayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA