İcra başçısına iki yeni müavin təyin olundu

img

27-01-2020 [10:54]


Ağsu rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.

Bu barədə sözügedən qurumdan məlumat verilib.

Bildirilib ki, Kərimli Füzuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Orucov Mirqubat Oruc oğlu isə İcra Hakimiyyəti başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin ediliblər.

Xatırladaq ki, bu vəzifəyə qədər Füzuli Kərimov İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Mirqubat Orcov isə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Bir müddət əvvəl Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov səhhəti ilə əlaqədar, digər müavin İqbal Mikayılov isə öz xahişi ilə vəzifələrindən azad edilmişdi/Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA