İranda sərnişin təyyarəsi avtomobil yoluna təcili enməyə məcbur olub - FOTO

img

27-01-2020 [10:23]


İranda sərnişin təyyarəsi Məhşəhr şəhərinin mərkəzindəki avtomobil yoluna təcili eniş etməyə məcbur olub.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, “Caspian Airlines” şirkətinə məxsus hava gəmisində 135 sərnişin olub.  

Təyyarənin hansı səbəbdən təcili eniş etdiyi hələlik məlum deyil. 

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Təyyarə Tehrandan Məhşəhr şəhərinə uçurmuş. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA