Bağdadda ABŞ-ın ölkədəki hərbi varlığına qarşı kütləvi etiraz yürüşü keçirilir
24-01-2020 [14:39]
Bağdadda ABŞ-ın ölkədəki hərbi varlığına qarşı kütləvi etiraz yürüşü keçirilir.
Nümayişçilər ABŞ hərbi qüvvələrini ölkədən çıxarmağı tələb edən şüarlar səsləndirir, plakatlar daşıyırlar. “Milyon nəfərlik marş” deyilən nümayişdə ölkənin bir çox şəhərlərindən, o cümlədən Kərbəladan gələnlər də iştirak edirlər.
“Reuters"in xəbərinə görə, hələ ötən gün paytaxtın müxtəlif yerlərində yoxlama məntəqələri qurulmuşdu.
Qeyd edək ki, ABŞ hərbi qüvvələri tərəfindən İraq Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) “Əl-Haşd əş-Şaabi” qruplaşması komandirinin müavini Əbu Mehdi əl-Mühəndisin və İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin həlak olduqları əməliyyatdan 2 gün sonra, yanvarın 5-də İraq parlamenti bütün ABŞ qüvvələrinin ölkədən çıxarılmasını tələb edən qətnaməni yekdilliklə qəbul edib.
Ötən həftə isə ölkənin nüfuzlu şiə ruhani liderlərindən Müqtəda əl Sədr də bütün iraqlıları “Amerikanın varlığına və təczvüzkarlığına qarşı etiraz olaraq milyon nəfərlik dinc, həmrəy nümayiş” keçirməyə çağırıb. Dünən isə Sədr “Twitter” vasitəsilə iraqlıları səfərbər olaraq ölkənin müstəqilliyini, suverenliyini müdafiə etməyə, “tiranlar”a qarşı müqavimətə çağırıb.
ABŞ əleyhdarı olan XSQ-yə daxil olan “Əsaibu Əhli Əl-Həqq” Hərəkatının baş katibi Qeys əl Xəzəli “Milyon nəfərlik marş”ı 1920-ci il Böyük İraq İnqilabından bir əsr sonra “ikinci İraq inqilabı” deyə səciyyələndirib.
Qeyd edək ki, həmin vaxt İraqda Böyük Britaniya işğalına qarşı kütləvi etiraz nümayişləri keçirilmişdi.
Report
UNEC-də dərslər onlayn formata keçirilib
Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq
Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi” iqtisadi inkişafın təməl prinsiplərini müəyyən etdi"
Türkiyə MN: "S-400-lər bizimdir, iddialar əsassızdır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Oleq Bakinskiyə "yox" deyildi
Xalq artisti Sərdar Fərəcov evə buraxılıb
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
PREZİDENT ONU TƏLTİF ETDİ - FOTO
İngilislər Arda Gülər üçşün 150 milyon təklif edib? - İspaniya mediasından şok iddia
"Bunu qəbul edən həmin kütlə mənə lazım deyil"
Rektor generalın həyat yoldaşını yeni vəzifəyə təyin edib - FOTO
Beyləqanda ər arvadını bıçaqlayıb
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
Ukrayna ilə Böyük Britaniya ilə "100 illik tərəfdaşlıq” sazişi qüvvəyə mindi: "Bu, bizim ittifaq gücümüzü ikiqat artırır”
Türkiyə Liviya vətəndaşları üçün vizanı sadələşdirib
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşdə iştirak edib
Qəzzada daha 79 nəfər ölüb - 288 nəfər isə yaralanıb
Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - Hesabat
16 yaşlı Ceyhun Nəcəfova hökm oxundu - Sinif yoldaşını öldürüb!
Onlar bu komitə yanında İctimai Şura üzvü seçildilər - SİYAHI
Zakir Həsənov Çinə gedib
AFFA bəzi klubları və futbolçuları cəzalandırıb
Sabah yağış yağacaq - Proqnoz
Prezident İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Nələr müzakirə olunub?
Müəllim MÜTDA rəhbərini ələ saldı: "Cənab Eşqi Bağırov,odun peçinə uzbe qoşsaq, printer işləyər? - "Nazirimiz problemlərdən elə danışır, elə bil..."
Türkiyədə yeni nazirlik yaradılır
Türkiyəli aktyor xəstəxanadan çıxdı - FOTO
Əli Əsədov Qırğızıstana gedib
Milli Məclisdə dinləmə keçiriləcək
"Harda yazılıb ki, xanəndə botoks etdirə bilməz?" - "Qarayaxma kampaniyaları aparan və həmin yazıları yazdıran adamlar..."
“Əsrlərin sədasında xalça sehri” sərgisi açılıb
Rusiyada azərbaycanlı iş adamı kimin qəzəbinə tuş gəlib? - Nəsimi Məmmədov həbs etmək istəyirlər
Türkiyədə İŞİD-ə qarşı növbəti əməliyyat: 51 şübhəli tutulub
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - FOTO
ChatGPT-də yeni qadağalar olacaq