Regional şöbəyə yeni rəis təyin olundu - Vilayət Eyvazovdan daha bir dəyişiklik

img

23-01-2020 [18:28]



Daxili işlər orqanlarında yeni təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı