Beynəlxalq Türk Akademiyasının prezidenti 20 Yanvar faciə ilə bağlı bəyənat yayıb

img

20-01-2020 [11:38]


Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyənat yayıb.

Mia.az həmin bəyanatı təqdim edir:

"Sovet qoşunlarının 20 yanvar tarixində Bakıda törətdiyi cinayət yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyət əleyhinə vandallıq nümunəsi idi.

“20 Yanvar” Azərbaycan tarixində hüzn günü olmaqla yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdı. Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərərək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.

Bu qanlı hadisələrin 30-cu ildünümündə qardaş Azərbaycan xalqının kədərini bölüşür, öz şəhadətləri ilə azadlıq toxumu əkən şəhidlərin əziz xatirəsini hörmətlə yad edirik!".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA