İKİ DAİRƏDƏN DEPUTATLIĞA İDDİALI PARTİYA SƏDRİ: son anda Əhliman Əmiraslanovun rəqibi olmaqdan vaz keçib

img

18-01-2020 [14:59]


Budəfəki parlament seçkilərində bəzi şəxslərin 2 və ya 3 dairədən namizədliklərini irəli sürmələri haqda yetərincə bol xəbərlər var.

Mia.az xəbər verir ki, belələrindən biri də Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov olub.

Dövlət İdarəçilik Akamedmiyasında müəllim işləyən partiya sədri 9 fevralda keçiriləcək parlament seçkilərinə namizədliyini əvvəlcə həm 65 saylı Saatlı-Sabirabad-Kürdəmir, həm də 62 saylı Saatlı Seçki Dairəsindən irəli sürüb.

KAMİL SEYİDOV

Lakin o, son anda isə 65 saylıdan verdiyi ərzisəsini geri çəkib. Və onun 62 saylı Saatlı seçki dairəsindən namizədliyi qeydə alınıb.

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun bu dairədəki əsas rəqibi isə YAP-ın namizədi, AMEA-nın əməkdaşı, əslən Qərbi Azərbaycandan olan Əziz Ələkbərli olacaq.

ƏZİZ ƏLƏKBƏRLİ

Yeri gəlmişkən, onu da qeyd edək ki, 65 saylı dairədən YAP-ın deputatlığa namizədi də əslən Qərbi Azərbaycandan olan və ötən seçkidə də bu dairədən deputat seçilmiş akademik Əhliman Əmiraslanovdur. 

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR