Partiya sədri: "Sseçkilərdə bitərəflərin müstəqil iştirakı qadağan edilməlidir " - MÜSAHİBƏ
19-01-2020 [18:38]
Bəzi şəxslər belə bir iddia ilə çıxış edirlər ki, Azərbaycan parlamenti özünü buraxdığından həmin qərara səs verən deputatların təkrar namizədliyini irəli sürməsi siyasi və mənəvi baxımdan düzgün deyil.
Mia.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində bu iddiaya cavab verib:
- Parlamentin özünü buraxmasına ironiya ilə yanaşanlar özlərini buraxmış adamlardır. Məsələn, bu yaxınlarda Böyük Britaniyada növbədənkənar seçkilər təşəbbüsü ilə çıxış etmiş Mühafizəkarlar Partiyası seçkidə növbədənkənar seçkilər barədə qərar qəbul etmiş deputatlarla möhtəşəm qələbə çaldı. Biz isə parlamentdə müxalifətin mövqelərinin gücləndirilməsi üçün növbədənkənar seçkiləri dəstəkləmişik və həmin vaxt bu barədə bəyanatla çıxış etmişik. İqtidar bəyan etməsə də, onu növbədənkənar seçkiləri stimullaşdıran əsas faktorlardan biri 19 oktyabrda özünü buraxmışların sifarişlə icazəsiz aksiya keçirməyə cəhd etməsi və bunun təkcə onların yox, həm də bütövlükdə müxalifətin nüfuzuna ciddi zərər vurması olubsa, ikinci səbəb onların xarici dairələrlə işbirliyinin təsirini azaltmaq üçün gözlənilməzlik faktorundan istifadə etmək olub. Ona görə də, əgər növbədənkənar seçkilərin keçirilməsində qəbahət varsa, onun əsas siyasi və mənəvi məsuliyyətini həmin adamlar daşıyırlar.
- Seçkilərdə bu qədər çox namizədin olmasını nə ilə izah edərdiniz?
- Əsas səbəb güclü çoxpartiyalı sistemin olmamasıdır. Proporsional seçki sisteminin olmaması insanları siyasi partiyalara qoşulmağa həvəsləndirmir. Ona görə də çoxlu sayda siyasətdən uzaq, hətta qonşularının belə tanımadığı insanlar seçki marofonuna qatılıblar. Məsələn, bir həkim başa düşür ki, onun peşəkar həkim olması üçün 15 il vaxt lazımdır, amma düşünür ki, siyasətlə peşəkar səviyyədə məşğul olmadan da parlamentar olmaq olar.
Parlamentdə həyatımızın müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən minlərlə qanun qəbul olunur, yaxud onlara dəyişiklik edilir. Hansısa sahə üzrə yaxşı mütəxəssis olmaq hələ o sahə üzrə dövlət siyasətindən baş çıxarmaq və ya onu müəyyənləşdirmək bacarığının olması demək deyil. Amma tutaq ki, elədir, bəs digər sahələr üzrə qanunlar, yaxud dövlət əhəmiyyətli qərarlar qəbul ediləndə həmin şəxs nə edəcək?
Siyasətlə məşğul olmaq istəyən şəxs əvvəlcə ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməli, siyasi təcrübə toplamalıdır. Bizdə xalqımızın siyasi inkişaf səviyyəsi onun sosial inkişaf indeksinə uyğun olduğundan Qərb standartlarına cavab vermir. Amma buna görə ruhdan düşmək lazım deyil, cəmiyyət və ona uyğun olaraq da demokratiya inkişaf etdikcə vəziyyət dəyişəcək. Biz tələsmədən və yorulmadan işləməliyik.
- Hər dəfə Milli Məclisə seçkilərdən öncə kimlərin seçiləcəyinə dair siyahılar açıqlanır və o təqribən 99 faizi doğru olur. Bu barədə nə deyə bilərsiniz?
- Bu, bütün dünyada mojaritar seçki sistemləri üçün xarakterikdir. Seçkilər günündən öncə kimin hansı dairədə favorit olduğu bəlli olur və təsadüfi hallarda istisnalar baş verir.
- Bəzi namizədlərin seçki debatlarından imtina etməsini necə qiymətləndirirsiniz?
- Bu əsasən iki səbəbdən baş verir.
Birincisi, namizədin özünə güvənməməsindən, ikinci isə siyasətdən uzaq zəif rəqiblərlə debata çıxıb özünü pis vəziyyətdə qoymaq istəməməsindən. Əgər bir peşəkar boksçu təzə başlayan həvəskar bir boksçu ilə döyüşə çıxarsa, bu ona hörmət gətirməz və tamaşaçılar nəinki onun qələbəsini alqışlamaz, əksinə, onu fitə basarlar.
Debatı kimin təşkil etməsi və tamaşaçıların sayı da rol oynaya bilər. Ümumən TV-lərdə seçki debatlarının keçirilməməsi seçkilərin üzərinə kölgə salmaqla ölkənin imicinə də ziyan vurur. Mövcud vəziyyət iqtidarı narahat etməli və seçki islahatlarına sövq etməlidir. Bu islahatların nəticəsi kimi proporsional seçki sistemi bərpa olunmalı, seçkilərdə bitərəflərin müstəqil iştirakı qadağan edilməli, hər hansı bir partiyanın parlamentdə yerlərin üçdə ikisindən çoxuna sahib olması yasaqlanmalıdır.
- Seçkidə Sizin üçün əsas mövzu nədir?
- Qarabağın işğaldan azad olunması, dövlət quruculuğu və ölkəmizin sosial-iqtisadi inkişafı. Qarabağı azad etmək üçün güclü peşəkar ordumuz, çevik və cəsarətli xarici siyasətimiz olmalıdır.
Sosial-iqtisadi inkişaf üçün isə əlverişli investisiya mühiti yaradılmalı, məhkəmələrin tam müstəqilliyinə nail olmaqla qanunun aliliyi təmin edilməlidir. Bunlara nail olmaq üçün isə yeni konstitusiya qəbul edib, parlament idarəçiliyinə keçməliyik. Proporsional seçki sisteminə və parlament idarəçiliyinə keçid imkan verəcək ki, bir partiya uzun müddət hakimiyyətdə qala bilsin və bu beynəlxalq qıcıq doğurmasın.
Dünyada parlament idarəçiliyinə məxsus ölkələrdə bir partiyanın 50 il hakimiyyətdə qaldığı nümunələr var. Yaponiya kimi. Parlament idarəçiliyi çoxpartiyalı sistemin inkişafına yol açacaq. O zaman hökumət parlamentin ciddi nəzarəti altında olacaq, korrupsiyaya qarşı daha effekli mübarizə aparmaq imkanları yaranacaqdır. Bu yolla biz çox da böyük olmayan zaman kəsiyində bu gün həlli mümkünsüz görünən ciddi problemlərimizi çözə və Qərbin inkişaf etmiş ölkələri sırasına qatıla, insanlarımızın firəvan həyatını təmin edə bilərik.
- Qüdrət bəy, sabiq müstəntiq və bir hüquqşünas siyasətçi kimi Nərminin böyük ictimai rezonans doğurmuş ölüm işinin istintaqı barədə nə deyə bilərsiniz?
- Azyaşlı uşağın öldürülməsi böyük faciədir və ona ictimai reaksiya da elə belə olmalıdır. Cinayətin üstünün gec açılmasına görə hüquq-mühafizə orqanlarının tənqid olunması da çox ədalətlidir. Əsl cinayətkarın tutulub-tutulmaması və istintaqın obyektiv aparılması məsələsinə gəldikdə, cinayət işinin istintaqını prokurorluq aparır. Bundan sonra məhkəmə istintaqı olacaq. Mən özüm də çalışacam ki, imkan olsa, mütləq məhkəmədə iştirak edim. Hazırda bir çox hakim ədalətli və müstəqil qərarlar qəbul edir. Tam əminəm ki, Prezidentin də nəzarətində olan bu iş üzrə heç kim saxtakarlıq edib o uşağın qanını batıra bilməz.
Amma çox təəssüf ki, bəziləri bu hadisədən istifadə edib başqa məqsədlər naminə polisin gözdən salınması istiqamətində total bir kampaniya aparır.
Problemlərə baxmayaraq, biz kriminogen durumun sabitliyinə, ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasına görə polisə minnətdar olmalıyıq. Əgər ölkədə sabitlik olmasa nə inkişafdan, nə islahatlardan, nə də insan hüquqlarından söhbət belə gedə bilməz.
İki gün öncə efirdən yersiz gülüşləri ilə diqqət çəkən birisi öz “YouTube” kanalında Nərminin ölümündən danışır və ABŞ-ı misal çəkirdi ki, bu ölkədə oxşar vəziyyətlərdə polis nə edir, cinayətkarlığa qarşı mübarizə belə təşkil olunub və s. Amma gözəl bir deyim var: Hər şey müqayisədə daha aydın görünür. Məsələn, ABŞ-da orta hesabla hər il 113 min 108 adama odlu silahdan atəş açılır və onun 36 min 383 nəfəri ölür. Bunun 1488-i uşaq və yeniyetmədir. Kimsə deyə bilər ki, ABŞ-ın əhalisi çoxdur. Onda gəlin əhalisinin sayı təqribən Bakı əhalisi (2,7 milyon) qədər olan Çikaqo şəhərinə diqqət yetirək. 2019-cu ildə bu şəhərdə 492 nəfər odlu silahla qətlə yetirilib. Məhz ABŞ-da mövcud olan siyasi korrupsiya, yəni ABŞ Milli Silah Assosasiyasının konqresmenlərin seçki hesabına ödədiyi pullar, silahlara nəzarət haqqında effektli qanunun qəbuluna imkan vermir. Bakıya gəldikdə isə, bu barədə ictimaiyyətə dəqiq statistik məlumat verilməsə də, DİN-in internet səhifəsində Azərbaycan üzrə 2019-cu ilin birinci yarısının statistik məlumatları yerləşdirilib və qeyd olunur ki, həmin dövrdə 131 qəsdən adamöldürmə və ona cəhd qeydə alınıb. Onun da 46-sı ailə məişət zəminində baş verib. Düşünürəm ki, bu müqayisəyə diqqət yetirəndən sonra bizə yalnız öz polisimizə təşəkkür etmək qalır.
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub