“Elmlər Akademiyası” stansiyasında qatı tüstü müşahidə edilib

img

16-01-2020 [14:39]


Bu dəqiqələrdə metronun “Elmlər Akademiyası” stansiyasında qatı tüstü müşahidə edilib.

Modern.az xəbər verir ki, tüstü o qədər çox olub ki, görməni məhdudlaşdırıb, hətta SOS da işə salınıb.

Məsələ bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, tüstüyə səbəb hansısa yanğın hadisəsi deyil:

“Stansiyalardakı ventilyatorlar iki rejimdə çalışır: biri havanı içəri sovurur, digəri içəridəki havanı çölə vurur. Ventilyatorlarda yaranan qısa nasazlıq səbəbindən bu tüstü müşahidə edilib. Ventilyatorların avtomtik rejimində dəyişiklik edilib və problem aradan qalxıb”.

B.Məmmədov bildirib ki, narahatlıq üçün əsas yoxdur: “Bəzən stansiyalarda “kabab iyi gəlir” deyənlər olur. Bu da ventilyatorın çöldən sovurduğu hava ilə əlaqədardır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA