FHN yüksək məbləğdə cərimələnib - Palata ilə nazirlik arasında qalmaqal

img

16-01-2020 [13:20]


Fövqəladə Hallar Nazirliyi cərimələnib.

BakuPost.az xəbər verir ki, Yasamal rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, nazirlik 331 000 avro cərimə edilib.

FHN İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) ilə təqsirli bilinib.

Nazirlik qərardan apelyasiya şikayəti verib.

“Qafqazinfo” əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi barədə daha bir məhkəmə qərarı var. Belə ki, nazirlik İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və inzibati xətanın obyekti olmuş 270900,00 ABŞ dollarının iyirmi faizi məbləğində, yəni 54180 (əlli dörd min yüz səksən) ABŞ dolları miqdarında inzibati qaydada cərimə edilib. 

Buna dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qərarından Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi şikayət verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA