Gəncə İH-də yeni təyinat - Sektor  müdiri 1-ci müavin oldu + FOTO

img

16-01-2020 [12:21]


Gəncə Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Məlumata görə, Səməd İsaq oğlu Tomuyev şəhər icra başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektor müdiri vəzifəsində çalışıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini isə bundan əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Xaçmaz rayonunun icra başçısı təyin olunmuş Elnur Rzayev icra edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA