Azərbaycanda mənzil fondu yaradılıb - Məqsəd

img

16-01-2020 [12:16]


2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil mexanizminin həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlıq işləri həyata keçirib.

Mia.az xəbər verir ki, bu barədə Fond açıqlama yayıb.

Bildirilib ki, mexanizm çərçivəsində mənzil fondu yaradılıb, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedur və daxili qaydalar hazırlanaraq kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib: "Eyni zamanda, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara “ASAN Xidmət” Mərkəzləri vasitəsilə xidmət göstəriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA